Ordu.az xəbər verir ki, Türkiyə dövlətinin başçısı İslamabadla həmrəy olduğunu, habelə həlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətini dəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terror aktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanın aparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb.
Ərdoğan Ankaranın Cənubi Asiyada gərginliyin qarşısının alınmasına mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb, Türkiyənin bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyinə əminliyini bildirib.
Ordu.az