Ordu.az xəbər verir ki, bu barədə o, “Rada” telekanalının efirində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, müharibəyə qədər Ukraynanın borcunun ÜDM-ə nisbəti 55% təşkil edirdisə, hazırda bu göstərici 100%-ə yaxınlaşır.
“Qeyd etməliyəm ki, bu borcun böyük hissəsi müharibə dövründə artıb. Yəni, söhbət ondan gedir ki, biz bu borcları şərti olaraq yaxın 30 ildə qaytarmayacağıq”, – deyə Marçenko vurğulayıb.
Ordu.az