Vuçiçin təyyarəsi Moskvaya çatıb - YENİLƏNİB

2024/06/1719292599.jpg
Oxunub: 1424     18:47     07 May 2025    
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyaya səfər edib.

Ordu.az xəbər verir ki, Serbiya liderinin təyyarəsi bu dəqiqələrdə Vnukovo-2 hava limanına enib.

Qeyd edək ki, Vuçiç 9 May Paradında iştirak etmək üçün Moskvaya səfər edib.

Onun təyyarəsi bu gün Bakıya enib. Serbiya mediası Rusiya hava məkanında PUA təhlükəsi ilə əlaqədar Bakıya məcburi eniş etdiyini açıqlasa da, TASS Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakı hava limanına endiyi barədə məlumat yayıb.

***

Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

***

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.

Ordu.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Bakı  


Bizi "telegram"da izləyin