Serbiya Prezidenti Rusiyaya səfərə yola düşüb

2024/04/1712896969.jpg
Oxunub: 408     14:31     07 May 2025    
Serbiya Prezidenti Aleksandr Vuçiç səhər Belqradda Böyük Britaniya və Rusiya səfirləri ilə keçirdiyi görüşdən sonra mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Informer” portalı məlumat yayıb.

A.Vuçiç həmçinin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Xəbər verildiyi kimi, Serbiya Prezidenti səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmş və Belqradda Hərbi Tibb Akademiyasına müraciət etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Rusiya  


Bizi "telegram"da izləyin