Ordu.az xəbər verir ki, İsrail mayın 4-də Yəməndən atılan raketin bloklana bilməməsindən sonra ölkənin əsas beynəlxalq hava limanını qısa müddətə bağlamaq məcburiyyətində qalıb.
Bu kontekstdə İsrail Hərbi Hava Qüvvələri belə nəticəyə gəlib ki, Ben-Qurion Beynəlxalq Hava Limanı yaxınlığına düşən ballistik raketin zərərsizləşdirilməsi cəhdinin uğursuzluğunun səbəbi HHM sistemlərindəki raketlərdə yaranan texniki nasazlıq olub.
"Kan News"un xəbərinə görə, Yəməndən atıldığı güman edilən raket İsrailin əsas hava limanının 3-cü terminalı yaxınlığında yerə enməzdən əvvəl bir neçə HHM sistemini keçib.
Bu hadisə İsrail istehsalı olan "Arrow" (Hetz) HHM sistemi və ABŞ istehsalı olan THAAD HHM sisteminin daxil olduğu ölkənin təbəqəli raketdən müdafiə şəbəkəsində nadir bir nasazlığı göstərir.
Sevinc Əliyeva
Ordu.az