IAI Afinada keçiriləcək DEFEA 2025 müdafiə sərgisində geniş çeşiddə məhsul təqdim etməyə hazırlaşır

2025/05/1746609541.jpg
Oxunub: 485     11:14     09 May 2025    
İsrailin aparıcı müdafiə şirkətlərindən olan "Israel Aerospace Industries" (IAI) Afinada keçiriləcək DEFEA 2025 müdafiə sərgisində geniş çeşiddə məhsul təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətin sosial mediada verdiyi açıqlamaya görə, sərgidə "Barak" hava hücumundan müdafiə sistemi və "Arrow" raketdən müdafiə sistemi də daxil olmaqla, müxtəlif yüksək texnologiyalı həllər sərgilənəcək.

IAI Yunanıstanın müdafiə sektorunun tanınmış aktorudur. Yunanıstan Hərbi Hava Qüvvələri bir neçə il əvvəl İsrail və Yunanıstan Müdafiə nazirlikləri arasında imzalanmış icarə müqaviləsi çərçivəsində "Heron" pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.

Şirkət, həmçinin 2023-cü ildə Yunanıstanın müdafiə elektronikası şirkəti "Intracom Defense"i satın alıb. "Intracom" MBDA, "Diehl Defense" və "Raytheon" kimi böyük müdafiə şirkətlərinə elektron komponentlərin əsas Avropa təchizatçısı kimi fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IAI   Afina  


Bizi "telegram"da izləyin