Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Milli zərbə PUA-sı üstün performansı ilə səmada hüdudları bir daha aşıb.
“Baykar” tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən, Türkiyənin zərbə PUA-sı texnologiyasında aparıcı rolunu gücləndirən “Bayraktar TB2T-AI” sınaq fəaliyyətlərində daha bir tarixi uğura imza atıb.
Turbo mühərrik və üstün SZ sistemləri ilə təchiz edilən milli zərbə PUA-sı Keşanda keçirilən sınaq uçuşunda 37.096 fut yüksəkliyə qalxaraq, öz rekordunu qırıb.
“Bayraktar TB2T-AI” güclü turbo mühərriki sayəsində çox qısa müddətdə 30.000 fut hündürlüyə qalxma qabiliyyətini daha da inkişaf etdirib.
Yeni nəsil zərbə PUA-sı 2025-ci il fevralın 21-də həyata keçirilən uçuş sınağında 30.318 fut hündürlüyə çatmışdı. Keşanda davam edən uçuş sınaqlarında 37.096 futa çatan milli zərbə PUA-sı yüksək hündürlükdə uzun müddət fəaliyyət göstərmə qabiliyyətini nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az