Ordu.az xəbər verir ki, şirkət Böyük Britaniyada yaradılan NMSUK və Macarıstandakı “Nurol Makina Hungary” ilə birlikdə sərgidə yerini alacaq.
Sərgidə “Nurol Makina”nın yeni nəsil zirehli vasitəsi NMS-L təqdim olunacaq.
Yüksək hərəkət qabiliyyəti, qabaqcıl qoruma səviyyəsi və missiya yönümlü modul quruluşu ilə seçilən NMS-L qlobal bazarda şirkətin innovativ yanaşmasını əks etdirir.
NMS-L həm şəhər, həm də kənd missiyalarında üstün performans təklif edən yüngül, yığcam və yüksək mobil 4×4 taktiki təkərli zirehli vasitədir.
Balistik və minadan mühafizə xüsusiyyətləri ilə şəxsi heyətin təhlükəsizliyinə üstünlük verən NMS-L Xüsusi Təyinatlı Qüvvələr kimi həssas missiya birlikləri üçün, eləcə də logistik dəstək və sursat daşınması kimi məqsədlər üçün istifadə edilə bilər.
Sevinc Əliyeva
Ordu.az