Ordu.az xəbər verir ki, şirkət sərgidə “Pars Alpha” 6×6 Atəş Dəstək və Kəşfiyyat Vasitəsinin konsepsiya dizaynını “Pars III” 6×6 Taktiki Təkərli Zirehli Vasitəsi ilə birlikdə nümayiş etdirəcək.
Yeni Nəsil Zirehli Döyüş Vasitəsi olaraq təqdim edilən “Pars Alpha” 6×6 Quru Qoşunları Komandanlığının Yeni Nəsil Vasitə Proqramı çərçivəsində hazırlanmış ən son model olaraq diqqət çəkir.
Bu proqram çərçivəsində FNSS Türkiyədə 6x6 sinifində nəqliyyat vasitələri təmin edən yeganə istehsalçıdır.
“Pars Alpha” 6×6 sərgidə “John Cockerill Defence” tərəfindən hazırlanan 30 mm-lik iki nəfərlik “Cockerill 3030” qülləsi ilə birlikdə nümayiş etdiriləcək.
Sevinc Əliyeva
Ordu.az