Ordu.az xəbər verir ki, ölkənin müdafiə və təhlükəsizlik sahəsində ən böyük beynəlxalq ticarət sərgisi olan FEINDEF bu il dördüncü dəfə qapılarını açacaq.
IFEMA sərgi sahəsində baş tutacaq tədbir ərazisinin genişlənməsi və iştirakçıların sayının artması ilə diqqət çəkir.
Sərgidə 65 ölkədən 601 şirkətin iştirak edəcəyi gözlənilir.
Bu şirkətlərdən 187-sinin beynəlxalq iştirakçı olduğu, sərgi boyu 100-ə yaxın rəsmi nümayəndə heyətinin Madriddə olacağı açıqlanıb.
Bu il FEINDEF 2025-də 35.000-dən çox peşəkar ziyarətçinin iştirakı gözlənilir. İştirak nisbətlərinin artması sərginin beynəlxalq müdafiə və təhlükəsizlik dairələri üçün strateji görüş nöqtəsinə çevrildiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az