Ordu.az xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı Polşa Hərbi Dəniz Qüvvələrində (HDQ) xidmət etmiş esminesin şərəfinə adlandırılan “ORP Burza”nın ilk təməlqoyma mərasimində Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış və yüksək rütbəli rəsmilər iştirak ediblər.
Müdafiə naziri rəsmi “X” hesabında mərasimi paylaşaraq bildirib: “Bu gün HDQ-miz, eləcə də iqtisadiyyatımız və müdafiə sektoru şirkətlərimiz üçün mühüm gündür. İkinci “Miecznik” freqatı “ORP Burza”nın inşasına “PGZ Stocznia Wojenna”da başlanır. Bizim və müttəfiqlərimizin diqqəti Baltik dənizinə yönəlməlidir. Təhlükəsiz Baltik dənizi, təhlükəsiz kommunikasiya yolları və inkişaf etmiş infrastruktur olmadan nə təhlükəsiz Polşa, nə də güclü iqtisadiyyat ola bilməz. Bu çağırışlara cavab vermək üçün bizə ən yaxşı müasir avadanlıq lazımdır. Bunlara Polşa şirkətlərinin iştirakı ilə Polşa gəmiqayırma zavodlarında inşa edilmiş digər freqatlar daxildir”.
Sevinc Əliyeva
Ordu.az