Ordu.az xəbər verir ki, “Aksungur” zərbə PUA-larına sualtı qayıq əleyhinə mübarizə qabiliyyətinin təmin edilməsi məqsədi çərçivəsində 1 aktiv və 4 passiv “sonobuoy” hazırlanması üçün sistem inkişaf işləri tamamlanıb, sahə sınaqları davam edir.
Sistemin 2025-ci ilin mayında nümayiş etdirilməsi planlaşdırılır.
Verilən açıqlamada TUSAŞ tərəfindən hazırlanan “Aksungur” zərbə PUA-sının “sonobuoy”lardan istifadə etmək qabiliyyətinin də olacağı bildirilib.
Qeyd edək ki, “sonobuoy” sistemləri sualtı qayıqlara qarşı mübarizə üçün uyğunlaşdırılmış hava platformalarından atılır və ya gəmi ekipajları tərəfindən əl ilə dənizə batırılır.
Atılan “sonobuoy”lar ən yaxşı axtarış taktikalarının məyyənləşdirilməsi məqsədilə ətraf mühit şəraitini müəyyən etmək, dost sualtı qayıqlarla əlaqə yaratmaq, potensial düşmən platformalarını aşkar etmək və müəyyən etmək, onların yerini müəyyənləşdirmək, zəruri hallarda hücum etmək üçün istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az