Ordu.az xəbər verir ki, xəbəri ilk olaraq yayan, İsraildə yerləşən “Globes” iqtisadi xəbər saytı İsrail Müdafiə Nazirliyinin iki rəsmisinin məlumatlarına istinadən danışıqların düzgünlüyünü təsdiqlədiyini bildirib.
JASSM ABŞ müdafiə sənayesi nəhəngi “Lockheed Martin” tərəfindən istehsal olunur və 370 kilometrə qədər mənzil təklif edə bilir.
Raket zirehdəlici 450 kiloqramlıq döyüş başlığı ilə diqqət çəkir. O, həmçinin İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan 5-ci nəsil F-35 döyüş təyyarələri ilə uyğun şəkildə istifadə edilə bilər.
“Globes”un məlumatında bu raketlərin İrana qarşı mümkün hücumlarda istifadə oluna biləcəyi ehtimalı da gündəmə gətirilib. Lakin indiyədək nə İsrail, nə də ABŞ rəsmiləri tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
JASSM raketləri dəqiq zərbə qabiliyyəti və uzun mənzili sayəsində düşmənin hava hücumundan müdafiə sistemlərini aşa və strateji hədəfləri effektiv şəkildə məhv edə bilir.
Raketin xüsusilə İran kimi hədəf ölkələrindəki kritik infrastruktur və raket obyektlərinə qarşı istifadə oluna biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az