Türkiyə HDQ Sinop sahillərində “Atmaca” Gəmi Əleyhinə Raketini buraxacaq

2025/05/1746521124.jpg
Oxunub: 403     14:28     07 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) 2025-ci il mayın 10-da Sinop sahillərində “Atmaca” Gəmi Əleyhinə Raketini buraxacaq.

Ordu.az xəbər verir ki, “Denizkurdu-II/2025” təlimləri çərçivəsində həyata keçiriləcək bu atış Türkiyə HDQ-nin ilk Milli Gəmi Əleyhinə Raket “Atmaca” atışı olacaq.

Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizində Türkiyə HDQ Komandanlığı tərəfindən həyata keçiriləcək “Denizkurdu-II/2025” təlimi mayın 6-da başlayıb.

Təlim Türkiyə Silahlı Qüvvələrinin Təlimlər Proqramına əsasən planlaşdırılan faktiki bir təlimdir.

Türkiyə HDQ-nin Əməliyyat Baş İdarəsinin rəisi, kontr-admiral Rüştü Sezer təlimin əhatə dairəsi ilə bağlı açıqlama verib.

“Mayın 10-da Sinop atış sahəsində “M/G Martı”ya “Atmaca G/M” və yüksək sürətli insansız hava hədəfinə SM-1 G/M atışları icra ediləcək”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Sinop   Atmaca  


Bizi "telegram"da izləyin