Ordu.az xəbər verir ki, layihənin birinci mərhələsi 2,5 milyard avronu ötür, ümumi satınalma məbləğinin isə 3 milyard avroya çatacağı gözlənilir.
Yeni avtomobillər köhnəlmiş MLI-84 və MLI-84M “Jderul” modellərini əvəz edəcək.
Bu layihəni “prioritet müdafiə proqramı” kimi təyin edən nazirlik həm NATO standartlarına uyğunlaşmağı, həm də döyüş meydanında hərəkətliliyi, atəş gücünü və müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
BSDA 2024 sərgisində diqqət çəkən şirkətlər arasında Almaniyadan “Rheinmetall” (KF41 Lynx), Böyük Britanitayadan “BAE Systems” (CV90), Cənubi Koreyadan “Hanwha” (Redback), İspaniyadan GDELS (ASCOD 2) və Türkiyədən “Otokar” da var.
“Otokar” “Tulpar” tırtıllı zirehli döyüş vasitəsi platforması ilə Rumıniya proqramında iştirak etmək arzusunu açıqlayıb.
Bundan əlavə, “Otokar”ın yerli istehsala açıq strukturu və texnologiya transferinə hazır yanaşması Rumıniyanın sənaye gözləntiləri ilə üst-üstə düşür.
Rumıniya təkcə avtomobillərin satın alınmasında deyil, həm də yerli istehsal imkanları, texniki xidmət və təmir infrastrukturu (MRO) və texnologiya transferində iddialıdır.
Müdafiə Nazirliyi bu layihəni ölkə daxilində zirehli vasitə istehsalını və modernləşdirmə imkanlarını artırmaq imkanı kimi görür. Bu kontekstdə “offset” mexanizmləri də qiymətləndirilir və yekun təsdiqin Ali Müdafiə Şurası (CSAT) tərəfindən verilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az