Əraqçi: "İran və ABŞ artıq vasitəçilərin iştirakı ilə danışıqlar aparır"

2024/07/be7ed-1720615361.jpg
Oxunub: 407     14:40     13 Mart 2025    
Tehran və Vaşinqton vasitəçilərlə İran nüvə proqramı üzrə məsləhətləşmələr aparır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Iran” qəzetinə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Nüvə mövzusu üzrə mümkün danışıqlara gəlincə, bizim planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir, həmçinin üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə qarşılıqlı əlaqə kanalı saxlanılır", - nazir bildirib.

O əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq edir: "İndi mövcud məsələlərin həlli üçün yeni təşəbbüs nəzərdən keçirilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran   ABŞ  


Bizi "telegram"da izləyin