Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşmanı imzalayıb

2025/03/1741848386.jpg
Oxunub: 407     10:32     13 Mart 2025    
Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşmanı imzalayıblar.

Ordu.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb.

Qeyd edək ki, hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Xatırladaq ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Tacikistan  


Bizi "telegram"da izləyin