Peskov: Kursk vilayətinin azad edilməsi əməliyyatı yekun mərhələyə daxil olub

2025/02/thumb-1739529646.jpg
Oxunub: 432     10:33     13 Mart 2025    
Rusiyanın "Şimal" qoşun qruplaşmasının komandanlığı Prezident Vladimir Putinə Kursk vilayətinin azad edilməsi əməliyyatının yekun mərhələyə daxil olması barədə məruzə edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kursk vilayətindəki komanda məntəqələrindən birinə baş çəkən Putin "Şimal" qrupunun komandanı və müavininin məruzələrini dinləyib. Onlar prezidentə əməliyyatın gedişi, həmçinin Kursk vilayətinin ərazisinin azad edilməsi üzrə əməliyyatın yekun mərhələyə daxil olması barədə məruzə ediblər", - o qeyd edib.

Qeyd edək ki, Putin Kursk vilayətindəki komanda məntəqələrindən birində keçirdiyi müşavirə zamanı deyib ki, vilayət azad edildikdən sonra dövlət sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması barədə düşünmək lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Kursk  


Bizi "telegram"da izləyin