Türkiyədə kiber cinayətkarlıqla bağlı qanun qüvvəyə minib

2025/03/1741843363.jpg
Oxunub: 364     08:59     13 Mart 2025    
Türkiyədə “Kibertəhlükəsizlik Qanunu” Türkiyə Böyük Millət Məclisi tərəfindən müzakirəyə çıxarılaraq qəbul edilib.

Ordu.az xəbər verir ki, yeni qanuna görə kiberməkanda Türkiyə Cümhuriyyətinin dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən və əldə etdiyi hər hansı məlumatı kiberməkanda saxlayanlar 8 ildən 12 ilədək azadlıqdan məhrum ediləcəklər.

Bu məlumatı yayan, başqasına göndərən və ya satmağa cəhd edənləri 15 ilə qədər həbs gözləyir.

Qanun həmçinin yeni qurulmuş Kiber Təhlükəsizlik İdarəsinin vəzifələrini də müəyyən edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kiber-cinayətkarlıq  


Bizi "telegram"da izləyin