Beynəlxalq Ədalət Məhkəməsi İsrailin öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq

2025/03/1741843065.jpg
Oxunub: 297     06:15     13 Mart 2025    
Beynəlxalq Ədalət Məhkəməsi aprelin 28-də İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq.

Ordu.az xəbər verir ki, bununla bağlı sənəd məhkəmənin saytında dərc olunub.

"Məhkəmə 28 aprel 2025-ci il bazar ertəsi günü Haaqadakı Sülh Sarayında açıq dinləmələr keçirəcək", - sənəddə deyilir.

Dinləmələrdə BMT-nin, digər beynəlxalq təşkilatların və üçüncü dövlətlərin işğal olunmuş Fələstin ərazisində mövcudluğu və fəaliyyəti ilə bağlı məsələ qaldırılacaq.

Mətndə vurğulanır ki, məhkəmə bir neçə ölkədən və beynəlxalq təşkilatdan ümumilikdə 45 yazılı ifadə alıb.

Sənəddə həmçinin Rusiyanın müvafiq ərizə verən ilk ölkələrdən olduğu qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-Ədalət-Məhkəməsi   İsrail  


Bizi "telegram"da izləyin