Yunanıstanın aparıcı qəzeti Türkiyənin müdafiə sənayesindəki sürətli inkişafını işıqlandırıb

2025/03/1741768155.jpg
Oxunub: 598     14:28     13 Mart 2025    
Yunanıstanın aparıcı qəzetlərindən olan “Ta Nea” Türkiyənin müdafiə sənayesindəki sürətli inkişafını işıqlandırıb.

Ordu.az xəbər verir ki, xəbərdə Türkiyənin hərbi potensialını gücləndirdiyi və yerli silah sistemlərinin istehsalını artıraraq, qlobal təsir yaratdığı vurğulanıb.

Xəbərə görə, Türkiyədə müdafiə sənayesində 2000-ə yaxın şirkət fəaliyyət göstərir və sektorda 100 min nəfər işləyir. 170-ə yaxın ölkəyə müdafiə ixracatı Türkiyəni qlobal aktora çevirib.

Türkiyənin müdafiə sənayesindəki artım rəqəmlərlə ümumiləşdirilib:

2002-ci ildə 1 milyard dollar olan müdafiə sənayesinin illik dövriyyəsi 2022-ci ildə 11 milyard dolları keçib.

2002-ci ildə 5 milyard dollar olan müdafiə büdcəsi bu gün 60 milyard dollara yüksəlib.

Müdafiə sənayesində xaricdən asılılıq 70%-dən 30%-ə endirilib. 2025-ci ilə qədər bu nisbətin daha da azalması hədəflənir.

“Baykar”ın İstanbuldakı zavodu Türkiyənin müdafiə sənayesinin ən mühüm mərkəzlərindən biri kimi göstərilib. Yunanıstan qəzetinin Fransanın “Le Monde” qəzetinin xəbərinə istinadən verdiyi məlumata görə, “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları (PUA) burada montaj və sınaq mərhələsindən keçir.

Bu sistemlər müxtəlif ölkələrdə müxtəlif hərbi əməliyyatlarda istifadə edilib:

Ukrayna tərəfindən Rusiyaya qarşı
Qarabağda Ermənistan qoşunlarına qarşı
Liviyada Həftər qüvvələrinə qarşı
Burkina-Faso, Mali, Mərakeş və Efiopiyada müxtəlif əməliyyatlarda.


Xəbərdə qeyd olunub ki, “Bayraktar TB2” PUA-ları ucuz qiymətə və yüksək əməliyyat qabiliyyətinə görə ABŞ istehsalı olan “MQ-9 Reaper” ilə müqayisədə üstünlüklü bir alternativ hesab edilir. Bildirilib ki, 30-dan çox ölkə bu günə qədər TB2 PUA-larını inventarına əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin