“Bayraktar TB2T-AI” zərbə PUA-sı “səmaya salam verib”

2025/02/1740214525.jpg
Oxunub: 807     13:10     22 Fevral 2025    
“Bayraktar TB2T-AI” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar TB2”nin turbo mühərrik və Süni Zəkaya (SZ) malik ən yeni konfiqurasiyası olaraq “səmaya salam verib”.

Ordu.az xəbər verir ki, zərbə PUA-sının bir çox struktur təkmilləşdirmələri də var.

“Baykar” tərəfindən hazırlanan və dünyanın ən çox ölkəsinə ixrac edilən zərbə PUA-sı olan “Bayraktar TB2” yeni konfiqurasiyası ilə döyüş meydanında adından söz etdirməyə davam edəcək.


“Bayraktar TB2T-AI” adlanan yeni konfiqurasiya turbo mühərrikə və SZ-yə malikdir. Digər tərəfdən, təyyarənin qanad və quyruq uclarına “winglet” deyilən çıxıntıların əlavə edildiyi müşahidə edilə bilər.


Turbo mühərriklə təchiz edilmiş “Bayraktar TB2T-AI” 30 dəqiqədən az müddətdə 30.000 fut yüksəkliyə qalxa bilir. Zərbə PUA-sı davam edən uçuş sınaqları zamanı 30,318 fut yüksəkliyə çataraq, öz yüksəklik rekordunu da qırıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   TB2T-AI   PUA  


Bizi "telegram"da izləyin