Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib

2025/02/1740212816.jpg
Oxunub: 364     12:26     22 Fevral 2025    
Kaliforniya qubernatoru Qavin Nyusom, Los-Ancelesdə keçən ay baş verən dağıdıcı meşə yanğınlarından zərər görən əraziləri bərpa etmək üçün Konqresdən 40 milyard dollar yardım tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb.

Qubernator sosial media platforması X-də qeyd edib ki, Los-Ancelesdə baş verən dağıdıcı yanğınlardan sonra bərpa üçün ümumi bir yanaşma tələb olunacaq: "Ona görə də Konqresdən Amerika xalqını dəstəkləməsini və kaliforniyalılara bərpa və yenidənqurma işlərini mümkün qədər tez başlamaq üçün fəlakət yardımı verməsini istəyirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaliforniya   Yanğın  


Bizi "telegram"da izləyin