HAMAS-ın azad etdiyi girovlar İsrailə təhvil verilib - VİDEO (YENİLƏNİB)

2025/02/1740212766.jpg
Oxunub: 575     13:10     22 Fevral 2025    
HAMAS-ın azad etdiyi iki girov Rafahda İsrail Müdafiə Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Geri dönən iki girov İDF və İSA qüvvələri ilə birlikdə İsrail ərazisinə keçib”, - deyə məlumatda qeyd edilib.



***

HAMAS İsraillə 7-ci mübadilə razılaşması çərçivəsində iki girovu təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrailli girovlar Tal Şoham və Avera Mengistu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Proses Rafahda baş tutub.

Onlar Qəzza zolağında IDF-yə (İsrail Müdafiə Qüvvələri) təhvil veriləcək.

Qeyd edək ki, razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

İsrailin isə 602 məhbusu azad etməyi planlaşdılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAMAS   Girov   BQXK  


Bizi "telegram"da izləyin