Ordu.az xəbər verir ki, yeni silahların fotoları İran ordusunun “Böyük Peyğəmbər-19” hərbi təlimlərinin ikinci mərhələsində yayımlanıb.
Hərbi təlimlər çərçivəsində tüfənglər stendlərdə jurnalistlərə nümayiş etdirilməklə yanaşı, həm də ordunun snayper qrupları tərəfindən dağlıq ərazidə uzaq məsafədən atəş açmaq üçün fəal şəkildə istifadə olunub.
Çapdan asılı olaraq, “Orsis T-5000M” uzun mənzilli tüfəngləri 1500 metrə qədər dəqiq atəş üçün istifadə edilə bilər.
Qeyd edək ki, İranın quru qoşunları 7.62×51 snayper tüfənglərindən və daha az dəqiqliyə malik anti-material sistemlərindən istifadə edir.
Sevinc Əliyeva
Ordu.az