Ordu.az xəbər verir ki, “Dearsan-Desan-Özata İş Ortaklığı” ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında imzalanan müqavilə çərçivəsində istehsal olunacaq gəmilər açıq dənizlərdə kəşfiyyat, müşahidə və təhlükəsizlik missiyalarında mühüm rol oynayacaq.
Dənizçilikdə bir əsrlik təcrübəyə malik olan “Kaptanoğlu Ailesi”nə məxsus “DESAN Tersanesi” Türkiyənin müdafiə sənayesindəki strateji layihələrinə daha bir yenisini əlavə edir.
“Dearsan-Desan-Özata İş Ortaklığı” tərəfindən həyata keçiriləcək “Hisar” Sinfi Dəniz Patrul Gəmilərinin inşası üçün Türkiyə MSK ilə imzalanan müqavilə çərçivəsində gəmilərin inşasına 2025-ci il yanvarın 20-də başlanılıb.
“Hisar” Sinfi Dəniz Patrul Gəmiləri Türkiyənin yerli və milli müdafiə sənayesi hədəflərinə doğru atılmış mühüm addım hesab olunur.
Sevinc Əliyeva
Ordu.az