Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Dövlət televiziyası CCTV bildirib ki, Haynan əyalətinin cənubundakı Linqşui Li Muxtar Dairəsinin sahilində 2023-cü ildə yaradılmış sualtı məlumat mərkəzinə əlavə edilən modulla yüksək tutumlu kompüter şəbəkəsi istifadəyə verilib.
Məlumata görə, 400 yüksək tutumlu serverdən ibarət şəbəkə 30 min ən müasir oyun kompüterinin emal gücünə malikdir və adi kompüterin 1 ildə görə biləcəyi hesablamaları 1 saniyəyə yerinə yetirə bilir.
İrimiqyaslı məlumatların emalını tələb edən SZ proqramlarını dəstəkləyən sistem Çinin “DeepSeek” şirkətinin SZ tətbiqini işlədərkən, saniyədə 7000 sorğu icra edə bilir.
Sevinc Əliyeva
Ordu.az