Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının yaydığı açıqlamada qeyd edilib.
Açıqlamada bildirilib ki, prezident Kasım-Jomart Tokayev prezident kimi ilk rəsmi səfərini İordaniyaya edib.
Buna uyğun olaraq, Tokayev paytaxt Əmmanda Əl Hüseyniyyə sarayında İordaniya Kralı II Abdullah və İordaniya Vəliəhdi Hüseyn bin Abdullah tərəfindən rəsmi mərasimlə qarşılanıb.
İki lider daha sonra görüşərək, enerji, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, turizm, rəqəmsallaşma və əczaçılıq kimi bir çox sektorlarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, xüsusilə Yaxın Şərqdəki hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc Əliyeva
Ordu.az