STM-dən hərb sahəsinə yeni oyunçu: FPV tipl PUA istehsal edəcək

2025/02/1740200819.jpg
Oxunub: 472     11:41     22 Fevral 2025    
Türkiyə son illərdə döyüş meydanında ən maraqlı qırılmalardan birinə səbəb olan FPV tipli Pilotsuz Uçuş Aparatları (PUA) üçün də kritik bir addım atır.

Ordu.az xəbər verir ki, ölkənin ən əhəmiyyətli mühəndislik şirkətlərindən biri olan STM-in baş direktoru Özgür Güleryüz jurnalistlərə verdiyi açıqlamada FPV tipli PUA məhsulunu çox yaxında ictimaiyyətə təqdim edəcəklərini söyləyib.

Baş direktor taktiki PUA məhsullarına “ailə” olaraq baxdıqlarını qeyd edib.

O, STM-nin çox mühüm işlərə imza atmış bir mühəndislik şirkəti olduğunu bildirib.

“Biz yalnız müəyyən məhsullardan yapışmırıq. Özümüzü təkmilləşdiririk və ehtiyac duyulan sahələrdə həllər istehsal edirik. STM olaraq FPV tipli PUA üzərində çox mühüm işlərimiz var. Bir-iki həftə ərzində təqdim edəcəyimiz məhsulun ilk nümayişini keçirəcəyik. Məqsədimiz geniş mühəndislik təcrübəmizdən istifadə etməklə yanaşı, FPV tipli PUA-ların iqtisadi səmərəliliyindən faydalanmaqdır. Çünki FPV tipli PUA-ların bəzi yerlərdə maneələri var. Biz bunu bacardığımız qədər düzəltmək istəyirik. STM olaraq, təqdim edəcəyimiz bu yeni məhsulun həm hücum, həm də müdafiə məqsədilə bir çox fərqli konfiqurasiyada istifadə oluna biləcəyinə inanırıq”, - deyə Güleryüz əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM   PUA  


Bizi "telegram"da izləyin