Pentaqonun qənaət tədbirlərinin bir hissəsi kimi tezliklə işdən çıxarmaların başlaması gözlənilir

2025/02/1740118700.jpg
Oxunub: 350     11:45     22 Fevral 2025    
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) tezliklə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) işdən çıxarma işlərinə başlayacağı gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

“Washington Post” qəzeti məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb ki, DOGE üzvlərinin Pentaqona səfərindən sonra minlərlə adam işdən çıxarıla bilər.

Adlarının anonim qalmasını istəyən 5 rəsmi Pentaqonun qurumlarından öz daxilllərində işləyən və sınaq müddətini hələ başa vurmamış şəxslərin siyahılarını təqdim etmələri barədə göstəriş verildiyini qeyd edib.

Qeyd olunub ki, DOGE-nin qənaətləri geniş miqyasda həyata keçirilərsə, Pentaqonun minlərlə mülki işçisi, nəqliyyat vasitələrinə texniki xidmət üçün məsul qaynaqçılardan tutmuş ofislərdəki inzibati heyətə və yüksək ixtisaslaşdırılmış silah proqramlarına nəzarət edən mühəndislərə qədər hər kəs zərər çəkəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DOGE   Pentaqon  


Bizi "telegram"da izləyin