Slovakiyada baş nazirə qarşı etimadsızlıq səsverməsi üzrə parlament sessiyası baş tutmayıb

2024/05/db483-1715075693.jpg
Oxunub: 384     14:05     28 Yanvar 2025    
Slovakiyada Robert Fitsonun başçılıq etdiyi hökumətə qarşı etimadsızlıq səsverməsi üzrə parlament sessiyası lazımi sayda deputatın olmaması ilə əlaqədar keçirilməyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Dennik N” portalı məlumat yayıb.

İclas zalına müxalifət partiyalarından 66 deputat gəlib. Milli Şurada ümumilikdə 150 parlament üzvü var. İclasın başlaması üçün ən azı 76 xalq nümayəndəsinin iştirakı tələb olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Fitso  


Bizi "telegram"da izləyin