Heqset vəzifəsinə başladı: COVID, “Dəmir Günbəz” və hərbi islahatlarla yeni dövr başlayır

2025/01/1738059795.jpg
Oxunub: 439     14:11     28 Yanvar 2025    
ABŞ prezidenti Donald Trampın müdafiə naziri Pit Heqsetin vəzifəyə başladığı ilk gün olan bazar ertəsi günü COVID-19 peyvəndlərindən imtina etdiyinə görə işdən çıxarılan hərbi qulluqçuların bərpası, transgender hərbi qulluqçuların qiymətləndirilməsi və müxtəliflik proqramlarının ləğvi ilə bağlı fərmanlar imzalaması gözlənilir.

Ordu.az xəbər verir ki, Trampın əmrləri ötən həftə inauqurasiyasından qısa müddət sonra keçmiş prezident Co Baydenin transgender hərbi qullquçular üçün edilən qorumaları ləğv etdiyi və federal agentliklərdə Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) təşəbbüslərini qadağan etdiyi ilkin direktivləri daha da aydınlaşdıra bilər.

Tramp ilk müddətində transgender hərbi qulluqçuları qadağan etməyə çalışıb, lakin bu qadağa məhkəmələrdə uzun müddət davam edib və Bayden tərəfindən ləğv edilib.

Mövzudan xəbəri olan bir rəsmi “The Associated Press”ə bildirib ki, yeni sərəncam transseksual hərbi qulluqçulara birbaşa qadağa qoymayacaq, lakin Pentaqona hərbi hazırlıq əsasında siyasət hazırlamağa istiqamət verəcək.

Heqset Pentaqona gələrkən verdiyi açıqlamada ilk gününün məşğul olacağını və aşağıdakı məsələlərlə bağlı əmrlərin gözlənildiyini bildirib:

- Pentaqondakı DEI proqramlarının ləğvi,

- COVID-19 səlahiyyətləri səbəbindən ordudan xaric edilən hərbi qulluqçuların bərpası,

- ABŞ üçün “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sisteminin inşası.


Seçki kampaniyası zamanı Tramp İsrailin istifadə etdiyi bu təkmil HHM sistemini ABŞ-yə gətirəcəyini vəd etmişdi.

Trampın DEI proqramlarına son qoyan siyasəti qurumlarda genişmiqyaslı dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər arasında Hərbi Hava Qüvvələrinin (HHQ) DEI təlim proqramlarının bir hissəsi olan “Tuskegee” Pilotları və Qadın HHQ Xidmət Pilotları (WASP) kimi tarixi birliklərə aid məzmunların müvəqqəti olaraq silinməsi də yer alıb.

Ancaq reaksiyaların ardından HHQ bu məzmunların təhsildə qalacağını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COVID   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin