İtaliya Səudiyyə Ərəbistanının GCAP layihəsində iştirakını dəstəkləyir

2025/01/1738044736.jpg
Oxunub: 451     12:21     28 Yanvar 2025    
Səudiyyə Ərəbistanı GCAP layihəsində iştirak edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İtaliyanın Baş naziri Corciya Meloni bazar ertəsi günü İtaliyanın Səudiyyə Ərəbistanının hazırda İtaliya, Böyük Britaniya və Yaponiyanın daxil olduğu GCAP döyüş təyyarəsi proqramına qoşulmasının tərəfdarı olduğunu bildirib.

Həftə sonu Səudiyyə Ərəbistanında olan Meloni deyib ki, çox milyard avroluq proqramı dördüncü ölkəyə genişləndirmək üçün vaxt lazımdır.

Bəhreynə səfəri zamanı danışan Meloni bildirib: “Biz səudiyyəlilərin qoşulmasının tərəfdarıyıq, lakin bunun dərhal baş verməyəcəyi aydındır”.

O əlavə edib ki, layihənin təfərrüatları hələ üç təsisçi ölkə arasında müzakirə edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin