Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin iştirakçılarına hökm oxunub

2025/01/1737962367.jpg
Oxunub: 508     11:07     27 Yanvar 2025    
Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən hadisələrə görə həbs olunanlara hökm oxunub.

Ordu.az-ın “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, “Vəhşi Arman” ləqəbli kriminal avtoritet Arman Jumageldiyev 20 il, Milli Təhlükəsizlik Komitəsinin keçmiş departament rəhbəri Ruslan İsakov isə 15 il 5 ay cəza alıb.

Ölkə Parlamentinin keçmiş deputatı Kayrat Kudaybergen isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin il, yanvarın 2-də sıxılmış qazın qiymətinin artırılması səbəbindən başlayan aksiyalar qısa müddətdə bir neçə iri şəhərə yayılıb.

Nəticədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Askar Mamin hökumətini və Təhlükəsizlik Şurasının sədri, keçmiş dövlət başçısı Nursultan Nazarbayevi istefaya göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Yanvar   Hadisə  


Bizi "telegram"da izləyin