Netanyahu: Biz HAMAS-ı birdəfəlik yox etməyə söz vermişik

2024/11/1730525766.jpg
Oxunub: 421     10:53     27 Yanvar 2025    
İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS terror qruplaşmasını nasist adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazir "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Netanyahu həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin “İsrailə qarşı antisemitizm hücumlarını” pisləyib.

Holokostun Anım Günündə edilən paylaşımda bu sözlər qeyd olunub: "HAMAS yeni nasistlərdir. Biz onları birdəfəlik yox etməyə söz vermişik".

Netanyahu bütün sivil xalqları antisemitizmlə mübarizə aparmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   HAMAS  


Bizi "telegram"da izləyin