ABŞ dövlət katibi Siyarto ilə müdafiə və enerji sahəsində əməkdaşlığı müzakirə edib

2025/01/1737954395.jpg
Oxunub: 640     08:48     27 Yanvar 2025    
ABŞ dövlət katibi Marko Rubio və Macarıstanın xarici işlər naziri Peter Siyarto telefonla iki ölkə arasında müdafiə və enerji sektorlarında əməkdaşlığı müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat verib.

“Dövlət katibi Marko Rubio bu gün Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə danışıb, müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət katibi və xarici işlər naziri həmçinin Avropadan kənarda, Latın Amerikası və Çində strateji əməkdaşlığı müzakirə ediblər”, - Bryusun yaydığı yazılı bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Macarıstan  


Bizi "telegram"da izləyin