ABŞ İsraili özünümüdafiə üçün lazım olan hər şeylə təmin edəcəyinə söz verib

2025/01/1737950181.jpg
Oxunub: 1726     04:15     27 Yanvar 2025    
ABŞ hökuməti İsraili özünü müdafiə etmək üçün lazım olan hər şeylə təmin etməyi planlaşdırır.

Ordu.azın xəbərinə görə, bunu ABŞ-nin yeni müdafiə naziri Pit Heqset İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib.

“Nazir vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları İsrailin özünü müdafiə etmək üçün ehtiyac duyduğu imkanlara malik olmasını təmin etməyə tam sadiqdir. Tərəflər sıx əlaqə saxlamağa razılaşıblar”, - Pentaqonun bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin