Misir Fələstin xalqının hüquqlarının pozulmasına dözməyəcəyini bildirib

2025/01/1737950121.jpg
Oxunub: 442     04:19     27 Yanvar 2025    
Misir Fələstin xalqının hüquqlarının, o cümlədən onların torpaq hüquqlarının pozulmasını, bu pozuntunun müvəqqəti və ya daimi olmasından asılı olmayaraq, qəbuledilməz hesab edir.

Ordu.az xəbər verir ki, müvafiq bəyanatı Misirin Xarici İşlər Nazirliyi yayıb.

“Misir ya ərazilərinin ilhaqı və orada məskunlaşma fəaliyyətinin intensivləşdirilməsi, ya da müvəqqəti və ya uzunmüddətli dövr üçün fələstinlilərin təxliyəsi və köçürülməsi yolu ilə Fələstin xalqının ayrılmaz hüquqlarının pozulmasını rədd etdiyini bəyan edir.”, - XİN-in xüsusi press-relizdə bildirib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Fələstin  


Bizi "telegram"da izləyin