MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

2025/01/1737950017.jpg
Oxunub: 396     03:54     27 Yanvar 2025    
İlkin hesablamalara görə, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 3,21% və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak 3,6% toplayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Lukaşenko  


Bizi "telegram"da izləyin