Türkiyədə hoteldəki yanğınla bağlı saxlanılanların sayı artıb

2025/01/1737949754.jpg
Oxunub: 1449     03:25     27 Yanvar 2025    
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 18 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər, yanğınsöndürmə rəisinin müavini Kənan Coşkun və yanğınsöndürmə idarəsinin əməkdaşı İrfan Acarın həbs edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb. Saxlanılan şəxslər hoteldə yanğın təhlükəsizlik qaydalarının pozulmasında ittiham edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bolu   Yanğın  


Bizi "telegram"da izləyin