Kolumbiya ABŞ-dən deportasiya edilən həmvətənləri üçün prezident təyyarəsi göndərəcək

2025/01/1737949573.jpg
Oxunub: 632     02:44     27 Yanvar 2025    
Kolumbiya ABŞ-dan deportasiya olunmuş həmvətənlərini geri qaytarmaq üçün prezident təyyarəsi hazırlayır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezident administrasiyasının bəyanatında deyilir.

“Prezident Qustavo Petronun başçılıq etdiyi Kolumbiya hökuməti bu səhər tezdən deportasiya uçuşları ilə ölkəyə gəlməli olan həmvətənlərinin ləyaqətlə geri qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi hazırlayıb. Bu tədbir hökumətin miqrantların geri qayıtması üçün layiqli şəraitin təmin edilməsi öhdəliyinin bir hissəsi kimi həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   ABŞ  


Bizi "telegram"da izləyin