“İslami Cihad” hərəkatı israilli girov Yehudun sağ olmasını təsdiqləyib

2025/01/1737948877.jpg
Oxunub: 1445     23:35     26 Yanvar 2025    
Fələstinin “İslami Cihad” təşkilatı İsrail girovu Arbel Yehudun sağ olduğuna dair vasitəçilərə zəmanət verdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, təşkilatın “Telegram” kanalında yayılan bəyanatında onun da vasitəçilərlə birgə müəyyən edilən müddət və şərtlərlə azadlığa buraxılacağı açıqlanıb.

"Vasitəçilər israilli girov Arbel Yehudun sağ olduğuna dair təminat aldılar. Onun azad edilməsi məsələsində biz rəhbərliyimiz və vasitəçilərin müəyyən edəcəyi şərtlərə əməl edəcəyik", - bəyanatda deyilir.

Qeyd edək ki, girov qızın gözlənilən azadlığa çıxma tarixi ilə bağlı heç bir məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   İslami-Cihad  


Bizi "telegram"da izləyin