BMT: Vətəndaşların Livanın cənubuna təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb

2024/10/45ff9-1730264228.jpg
Oxunub: 385     19:34     26 Yanvar 2025    
BMT-nin Livan üzrə xüsusi koordinatoru Jeanine Hennis-Plassxaert və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı general Haroldo Lazaro Saenz İsrailin sərhəd bölgələrində atəş açması nəticəsində mülki əhalinin itkiləri ilə bağlı narahatlığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə onların X-də yayılan birgə bəyanatında deyilir.

“Biz İsrail əsgərlərinin hələ də mövcud olduğu şəhər və kəndlərə mülki şəxslərin gəlməsi ilə bağlı xəbərlərdən narahatıq. 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulan müddətə əməl edilmədiyindən onların sərhədboyu ərazilərə təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb” – bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, BMT sülhməramlıları Livan silahlı qüvvələrinin tələbi ilə insidentlərin baş verdiyi və mülki əhali arasında itkilərin olduğu bölgələrə göndərilib.

Mətndə deyilir ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri vəziyyəti nəzarətdə saxlamağa və zorakılığın daha da artmasının qarşısını almağa çalışır:

“Vəziyyətin pisləşməməsi vacibdir və biz əhalini Livan Ordu Komandanlığının həyatlarını qorumaq məqsədi daşıyan göstərişlərinə əməl etməyə çağırırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Livan  


Bizi "telegram"da izləyin