İsrailin maliyyə naziri Trampın Qəzza zolağında əhalinin köçürülməsi planını dəstəkləyir

2025/01/1737523062.jpg
Oxunub: 517     14:10     26 Yanvar 2025    
İsrailin maliyyə naziri Bezalel Smotriç ABŞ prezidenti Donald Trampın Qəzza zolağından 1,5 milyon fələstinlinin köçürülməsi təklifini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə nazir X-də yazıb.

O, bunun "böyük fikir" olduğunu söyləyib. O, yaxın gələcəkdə baş nazir Benyamin Netanyahu ilə birlikdə bu ideyanın praktiki həyata keçirilməsi üçün plan hazırlamağa ümid edir.

Smotriçin sözlərinə görə, Qəzza zolağında fələstinli əhalini uzun illər yəhudi dövlətinin əleyhdarları zorla saxlayıb:

“Oradan əhalinin köçürülməsi, problemi həll etməyin ən humanist yoludur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin