Ordu.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Məlumata görə, “Hizbullah” şiə təşkilatının tərəfdarları arasından qaçqın ailələri səhər tezdən hərbi əməliyyatlar zamanı dağıdılmış Aita əş-Şaab, Kfar Kila və Meys əl-Cəbəl yaşayış məntəqələrinə gəliblər. Onlar orada mitinqlər və yürüşlər keçiriblər. Bununla da İsrailin 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, qoşunların ölkənin cənubundan çıxarılmasının təxirə salmasına etirazlarını bildirmək niyyətində olublar.
Ordu.az