Çin hesab edir ki, ABŞ öz biolaboratoriyaları haqqında məlumatları açıqlamalıdır

2020/05/332-1588326789.jpg
Oxunub: 666     09:49     26 Yanvar 2025    
Vaşinqton digər ölkələrə qarşı saxta ittihamları dayandırmalı və bütün dünyaya Amerika bioloji laboratoriyalarının işi haqqında məlumatları açıqlamalıdır.

Ordu.az xəbər verir ki, bunu TASS-a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu deyib.

O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 pandemiyasının Vuhandakı bir laboratoriyadan virus sızması ilə vağlı başladığını iddia edib. Bu versiyaya dair xəbərləri şərh edərkən diplomatı qeyd edib ki, ABŞ başqa ölkələri yalandan ittiham etməkdən və ləkələməkdən dərhal əl çəkməli, günahı başqa yerə yönəltməyi dayandırmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin