Hindistan bu il ilk yerli 28 nm çiplərin istehsalına başlayacaq

2025/01/1737793723.jpg
Oxunub: 112     10:27     28 Yanvar 2025    
Hindistan bu il yerli istehsal olan ilk yarımkeçirici çiplərini bazara çıxarmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, 28 nm prosesində istehsal olunacaq çiplər ölkənin yarımkeçirici sənayesi üçün böyük əhəmiyyət kəsb edir.

Hindistanın dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vayşnav Davosda keçirilən Dünya İqtisadi Forumunda ölkəsinin yarımkeçirici istehsalı üçün mühüm mərhələni qeyd edərək, bu barədə açıqlama verib.

İlk çipin əvvəlcə 2024-cü ilin dekabrında bazara təqdim edilməsi planlaşdırılırdı, lakin indi 2025-ci ilin avqust və ya sentyabrında təqdim edilməsi gözlənilir.

Bundan əlavə, Tayvanın “Powerchip” və Hindistanın “Tata” şirkətləri tərəfindən dəstəklənən yarımkeçiricilər istehsalı müəssisəsinin 2026-cı ildə fəaliyyətə başlaması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çip  


Bizi "telegram"da izləyin