Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib

2024/02/65df0-1709115316.jpg
Oxunub: 386     10:40     25 Yanvar 2025    
Cənubi Koreya Prokurorluğu məhkəməyə Prezident Yun Sok Yolun həbsinin uzadılması ilə bağlı təkrar müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yanvarın 23-də Yüksək vəzifəli şəxslərlə bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi səbəbindən Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib. Həmin gün prokurorluq məhkəməyə Prezidentin həbsinin fevralın 6-dək uzadılması ilə bağlı müraciət edib.

Seul Mərkəzi Dairə Məhkəməsi yanvarın 24-də istintaq üçün kifayət qədər əsas olmadığını hesab edərək prezidentin həbsinin uzadılmasından imtina edib. Hakim qeyd edib ki, qanun istintaq və məhkəmə prosesində dövlət ittihamını fərqləndirir və antikorrupsiya idarəsi haqqında qanun onun müstəqil araşdırmalar aparmasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanı əlavə istintaq üçün həbsin uzadılmasını zəruri hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin