“Rolls-Royce” Böyük Britaniyanın nüvə sualtı qayıqları üçün 11 milyard dollarlıq müqavilə qazanıb

2025/01/1737781763.jpg
Oxunub: 552     15:08     28 Yanvar 2025    
“Rolls-Royce” Böyük Britaniyanın nüvə sualtı qayıqları üçün 11 milyard dollarlıq müqavilə qazanıb.

Ordu.az xəbər verir ki, Britaniya “Rolls-Royce” ilə sualtı qayıq parkını gücləndirən nüvə reaktorlarının dizaynı, istehsalı və dəstək xidmətləri üçün 9 milyard funt-sterlinqlik (11 milyard dollar) müqavilə imzaladığını açıqlayıb.

Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, səkkiz illik müqavilə Kral Hərbi Dəniz Qüvvələrinin dənizdə daimi cəkindiriciliyini gücləndirəcək, bu çərçivədə ən azı bir nüvə silahına malik ballistik raket sualtı qayığı daim dənizlərdə patrul xidməti həyata keçirəcək, həmçinin razılaşma ABŞ və Avstraliya ilə AUKUS müdafiə müqaviləsini gücləndirəcək.

“Unity” adlanan yeni müqavilənin əvvəlkiləri asanlaşdıracağı, ucuz istehsalı təşviq edəcəyi və “Dreadnought” sinfinə məxsus nüvə sualtı qayıqları üzərində işləri dəstəkləyəcəyi qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rolls-Royce   Böyük-Britaniya  


Bizi "telegram"da izləyin