ABŞ-də qanunsuz immiqrantların deportasiyası başlayıb

2025/01/1737779535.jpg
Oxunub: 711     08:25     25 Yanvar 2025    
Donald Trampın inaqurasiyasından sonra qəbul edilən qərara əsasən, qanunsuz olaraq ölkəyə daxil olan immiqrant qruplarının bir hissəsi ölkədən deportasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin sosial media hesablarında paylaşım edilib.

"ABŞ Prezidenti Donald Trampın söz verdiyi kimi, qanunsuz immiqrasiya ilə bağlı sərt tədbirlər həyata keçirilir. ABŞ-yə qanunsuz daxil olan şəxslərin ciddi nəticələrlə üzləşəcəyi barədə dünyaya güclü mesaj göndərilib,"- postda qeyd olunub.

Tramp administrasiyası artıq qanunsuz immiqrantların deportasiyasına start verib və bu prosesin geniş miqyasda davam etdiriləcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Deportasiya  


Bizi "telegram"da izləyin